Haqqımızda Əlaqə Saytdan istifadə Rəy və təklif
poni.az

PONİ.AZ / MƏLUMAT MƏRKƏZİ

Poni.az Qaydaları

Bu səhifədə

Poni.az-da rahat və etibarlı istifadə təcrübəsinin qorunması üçün bütün istifadəçilər aşağıdakı qaydalara əməl etməlidirlər.

Elan yerləşdirərkən

  • Elan məlumatlarını düzgün və tam təqdim edin.
  • Real fotoşəkillərdən istifadə edin.
  • Qiyməti və digər əsas şərtləri aydın göstərin.
  • Eyni təklifi təkrar elanlarla çoxaltmayın.
  • Elanı düzgün kateqoriyada yerləşdirin.
  • Başqa şəxslərin şəxsi məlumatlarını onların razılığı olmadan paylaşmayın.

Qadağandır

  • Saxta və yanıltıcı elanlar;
  • mövcud olmayan məhsul və ya xidmətlərin təklif edilməsi;
  • qanunvericiliklə qadağan edilmiş məhsul və fəaliyyətlər;
  • spam və kütləvi təkrar elanlar;
  • başqa şəxslərin adından icazəsiz istifadə;
  • saxta sənəd, profil və ya məlumatlardan istifadə;
  • Platformanın texniki fəaliyyətinə müdaxilə;
  • digər istifadəçiləri aldatmağa və ya zərər vurmağa yönəlmiş fəaliyyət.

Elanların moderasiyası

Poni.az qaydalara uyğunluğun təmin edilməsi məqsədilə elanları yoxlaya, düzəliş tələb edə, məhdudlaşdıra və ya silə bilər.

Qaydalara təkrar və ya ciddi şəkildə zidd davranış zamanı istifadəçi hesabı məhdudlaşdırıla və ya bloklana bilər.

Təhlükəsiz sövdələşmə

Beh və ya ödəniş etməzdən əvvəl qarşı tərəfin məlumatlarını və təklifin şərtlərini yoxlayın.

Poni.az alıcı və satıcıları bir araya gətirən platformadır. Alış, satış və barter üzrə razılaşmalar birbaşa istifadəçilər arasında həyata keçirilir.